“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa artıq gələn həftə vəzifəsindən gedə bilər.
43 yaşlı mütəxəssis çərşənbə günü Çempionlar Liqasının “Benfika”ya qarşı keçiriləcək cavab pley-off matçından sonra uğursuz nəticə qazanılacağı təqdirdə klubdan qovula bilər.
Lissabondakı ilk oyun “Real Madrid”in 0:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd olunur ki, “kral klubu”nun oyunçuları baş verənlərə inamlarını itirməyə başlayırlar, klub rəhbərliyi isə Arbeloanın oyun tərzini başa düşmür.
Onun oyunçuların könlünü xoş tutmağa yönəlmiş qərarları, eləcə də oyun zamanı etdiyi əvəzləmələr “Real Madrid” rəhbərliyi tərəfindən müsbət qarşılanmır.
Xatırladaq ki, fevralın 21-də Madrid təmsilçisi La Liqanın 25-ci turunda “Osasuna”ya uduzub (1:2). Arbeloa yanvarın 12-də Xabi Alonsonun istefasından sonra komandaya rəhbərlik etməyə başlayıb.
