Polşa və Litva sərhəd qüvvələrini gücləndirmək üçün Rusiyanın Kalininqrad vilayəti yaxınlığında sərhədyanı təlim poliqonu yaratmağı planlaşdırır.
Bu barədə “The National Interest” nəşri məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, iki qonşu ölkənin birgə poliqonu Suvalki dəhlizini “Polşa və Litva qüvvələri ilə komplektləşdirilmiş NATO forpostuna” çevirəcək.
Ötən ilin dekabrında Litva müdafiə nazirinin müavini bəyan edib ki, Polşa Suvalki dəhlizi zonasında Litva poliqonuna bitişik ərazidə poliqon tikintisi planlaşdırır.
Suvalki dəhlizi təxminən 64 kilometr uzunluğunda, Rusiyanın Kalininqrad vilayəti və Belarusun Qrodno bölgəsinə bitişik olan Litva-Polşa sərhədinin strateji əhəmiyyətli sahəsidir. Həmin dəhlizin bağlanması halında Litva Avropadan quru yolu ilə təcrid olunmuş vəziyyətə düşür.