Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi Cenevrədə keçiriləcək. Rusiya nümayəndə heyətinə ölkə prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
TASS xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Ukrayna münaqişəsi ilə bağlı danışıqların növbəti mərhələsi fevralın 17-18-də Cenevrədə üçtərəfli Rusiya-ABŞ-Ukrayna formatında keçiriləcək”, – deyə Kreml rəsmisi bildirib.
