Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlərə qarşı polis əməkdaşları ilə birgə məktəblərə gələrək bu mövzularla bağlı maarifləndirici tədbirlər keçirirlər. Məqsəd gələcəyimiz olan gənclərin və yeniyetmələrin diqqətini narkotik maddələrin insan sağlamlığına, onun maddi və mənəvi aləminə vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv olmağa səsləməkdi.

Bu gün bu məqsədlə Mingəçevir şəhəri Texniki və humanitar fənlər liseyində maarifləndirici tədbir keçirilib. “Narkomaniyaya yox deyək “və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirdə əvvəlcə məktəbin direktoru Nailə Məmmədova çıxış edərək zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırdı.Daha sonra Mingəçevir şəhər Polis şəbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şagirdlərə narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib.

Daha sonra Narkomaniyaya yox deyək mövzusunda polis əməkdaşı çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib. Slaydlar vasitəsi ilə şagirdlərə narkotik vasitələri göstərilib və onların təhlükələri barədə izah edib.

Digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” və” yol hərəkəti qaydalarına əməl edək “ ilə bağlı mövzularda çıxışlar ediblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.

Esmira Hidayətova,Mingəçevir