Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Fənlər Təmayüllü Liseyin 8 təbiət 3 sinfinin şagirdi Əhmədli Məsturə Seymur qızı 09 fevral 2026-cı il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən təşkil olunmuş “2024–2025-ci tədris ilində Respublika Fənn Müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib. Öz bilik və zəhməti ilə bu mötəbər müsabiqədə qalib adını qazanan Məsturə tədbirdə diplom və hədiyyə ilə təltif olunaraq böyük sevinc və qürur yaşayıb.
Bu uğur təsadüfi deyil. Liseydə şagirdlərin potensialının üzə çıxarılması, onların elmə marağının artırılması və sağlam rəqabət mühitində formalaşması üçün ardıcıl və məqsədyönlü iş aparılır. Məktəb rəhbərliyinin və direktorun təhsilə xüsusi diqqəti, şagirdlərə göstərilən qayğı və dəstək bu cür nailiyyətlərin əsasını təşkil edir. Hər bir şagirdin uğuru lisey ailəsi üçün ümumi sevinc və qürur mənbəyidir.
Əziz Məsturə, sən bu uğurunla həm ailəni, həm müəllimlərini, həm də liseyimizi sevindirdin. Sənin əzmin, çalışqanlığın və elmə olan marağın gələcəkdə daha böyük nailiyyətlərin müjdəçisidir. Lisey ailəsi adından Məsturə balamızı və onun valideynlərini bir daha ürəkdən təbrik edir, təhsil yolunda daim zirvələrə doğru irəliləməsini, uğurlarının davamlı olmasını arzulayırıq.
Esmira Hidayətova, Mingəçevir
