Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, növbəti ildən ambulator müalicə alan xəstələrə dərman çatdırılması məsələsi həllini tapacaq.
Nazir müavini tibb müəssisələrin akrredatisayiyası məsələsinə toxunaraq bildirib ki, tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət mərkəzi yaradılıb: “İndi həmin mərkəzin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər gedir. Ən vacib məsələ özəl tibb sektorunun dövlət səhiyyə sisteminə uyğunlaşdırılmasıdır. Düşünürük ki, yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq”.
