O, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:
“Kiməsə: “Niyə ikinci uşaq istəmirsiniz?”, “Aaa, tək olacaq?”, “Bir uşaq uşaq deyil” deməzdən əvvəl düşünün. Bəlkə sağlamlığı və ya maddiyyatı imkan vermir? Bəlkə mənəvi gücləri yoxdur? Bəlkə də, onlar sadəcə istəmirlər? Allah birini də saxlasın, yeddisini də. Əsas odur ki, bütün uşaqlar anaları və ataları ilə sağlam böyüsünlər. Qoy onlar saleh və əxlaqlı övladlar olsunlar! Vallah, bacı, qardaş sahibi olmaq tək olmamağa zəmanət vermir. Və bir uşaq olmaq eqoist olmaq demək deyil!
Ən azı, bu dedikləriniz qeyri-etikdir və günahdır. Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə gəldim. Göydə Allah, yerdə isə həkimim məni xilas etdi. Bəlkə kiminsə belə bir risk altında olduğunu düşünmüsünüz? Onu da nəzərə alın.
Mən də ailəmin tək övladıyam və heç vaxt tənha hiss etməmişəm. Ailəm, dostlarım və yaxınlarımla fəxr edirəm. Mən həm də tərbiyəm və bacarıqlarımla seçilmişəm, həmişə çox ünsiyyətcil olmuşam. Övlad kimi bir çox oğuldan daha xeyirli övladam, ümid edirəm”.
Ülviyyə ikinci bir uşaqla bağlı ona ailələri tərəfindən hət hansı basqı edilmədiyini açıqlayıb:
“Bu arada, uşaqla bağlı fikirlər nə mənim, nə də yoldaşımın ailəsinə aiddir. Çox şükür, nə indi, nə də son 6 il ərzində bu mövzuda heç bir problemimiz olmayıb”.
Qeyd edək ki, Nicat və Ülviyyə 2017-ci ildə evlənib. Onların Mehriban adlı bir qızları var.
