Azərbaycanda fəaliyyət göstərən peşə məktəbləri və kolleclərin mühafizəsinə 6 mln manat ayrılacaq.
Müxtəlif rayon və şəhərlərdə yerləşən təhsil müəssisələrinin mühafizə xidmətinin 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulub.
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı 6 mln 442 min 738 manat xərcləyəcək.
