Samux Rayon Ağsaqqallar Şurasının sədri dəyişib.

Təşkilatın sədri Fidayıl Əliyev vəzifəsindən ayrılıb.

Buna onun səhhətində yaranan problemlər səbəb olub.

Bununla ələqadar olaraq Samux Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçki keçirilib. Bayram Qasımov şuranın yeni sədri seçilib.

Qeyd edək ki, Fidayıl Əliyev ötən il dekabr ayının 1-də şura sədri seçilmişdi.

Fotoda Bayram Qasımov

Fotoda Fidayil Əliyev