Qanunverici orqan Prezident Əbdülfəttah əs-Sisiyə Səudiyyə Ərəbistanına müdafiə qüvvələri göndərmək səlahiyyəti verən qanunu qəbul edib.
Bildirilir ki, qərar Ər-Riyadın husilərin hücumlarından sonra Qahirəyə hərbi yardım üçün müraciət etməsi ilə əlaqədardır.
Qərar Misirin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə hərbi dəstək göstərməsi üçün hüquqi əsas yaradır. Bununla belə, göndəriləcək qüvvələrin sayı, yerləşdiriləcəyi ərazilər və əməliyyatın müddəti barədə məlumat verilməyib.
Misir Prezidenti daha əvvəl bəyan edib ki, mümkün hərbi missiya yalnız Səudiyyə Ərəbistanının ərazilərinin və sərhədlərinin müdafiəsinə yönələcək, Yəmənə hücum məqsədi daşımayacaq.
Misir parlamentinin qərarı deputatların səsçoxluğu ilə qəbul olunub. Qahirə eyni zamanda regionda gərginliyin diplomatik yollarla azaldılmasının vacibliyini vurğulayıb.
