Dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatovun bacısı, tanınmış pedaqoq və alim Roza Aytmatova 89 yaşında vəfat edib.

Bu barədə onun ailəsi və yaxınları məlumat yayıb.

Təhsil və elm sahəsindəki fəaliyyəti ilə tanınan R.Aytmatova Qırğızıstanda qadın hüquqları və vətəndaş cəmiyyəti hərəkatının qabaqcıl nümayəndələrindən biri olub. O, fizika və riyaziyyat sahələrində elmi fəaliyyət göstərib, pedaqogika üzrə 200-dən çox elmi və metodik məqalənin müəllifi olub.

Roza Aytmatova 1937-ci il martın 8-də anadan olub. O, həmçinin Aytmatovlar ailəsinin yaddaşının və mədəni irsinin qorunmasına töhfə verib.