İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda 9 nəqliyyat vasitəsi satılıb.
Hərracda start qiyməti 3 800 manat olan “Volkswagen Passat” markalı avtomobil 4 700 manata, ilkin qiyməti 1 900 manat olan “Chevrolet Niva” markalı avtomobil isə 3 019 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Növbəti hərrac 27 oktyabrda olacaq. Hərracda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.
