Gürcüstanda “Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidze barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə “Ajara TV” məlumat yayıb.
Qərarı hakim Eka Barbadze qəbul edib. Məhkəmə iclasında Dito Çubinidze də iştirak edib.
Qeyd edək ki, Gürcüstanda nəşr olunan populyar “Asaval-Dasavali” qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze Gürcüstan-Azərbaycan sərhədinin Keşikçidağ (David Qareci) monastır kompleksinin yerləşdiyi hissəsi barədə dərc etdiyi materiallara görə vətənə xəyanətdə günahlandırılaraq saxlanılıb.
