u barədə “News Georgiya 9” müxalifət partiyasının təmsil olunduğu alyansın açıqlamasına istinadən məlumat yayıb.
“Gürcü xalqı daha yaxşısına layiqdir! İvanişvilisiz Gürcüstan!” şüarı altında çıxış edən “Qələbə naminə birlik” alyansı bu gün yeni təşəbbüs irəli sürüb.
Kampaniyanın başlama tarixi 25 oktyabra təyin edilib. Saat 19:00-da müxalifət tərəfdarlarını Tiflis Dövlət Universitetinin birinci korpusunun qarşısına toplayacaq. Etiraz aksiyaları növbəti bir ay ərzində davam edəcək. Kampaniyaya noyabrın 28-də Tbilisidə yekun vurulacaq.
Bu tarix İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlük danışıqlarının 2028-ci ilin sonuna qədər dayandırılması ilə bağlı verdiyi və ölkəboyu aylarla davam edən kütləvi etirazlara səbəb olan bəyanatının ikinci ildönümünə təsadüf edir. Alyansdan bildirirlər ki, hərəkatın əsas məqsədi siyasi plüralizmin məhvinə yönəlmiş qərarların ləğvinə nail olmaq və ölkənin Avropa kursunu müdafiə etməkdir.
Eyni zamanda, müxalifətçilər hesab edirlər ki, hökumət diqqəti yoxsulluq, korrupsiya, işsizlik və kütləvi emiqrasiya kimi ciddi problemlərdən yayındırmağa çalışır.
Qeyd edək ki, Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə parlamentinin 88 deputatının müxalifət partiyalarının ləğvi ilə bağlı iddiasını nəzərdən keçirməyə başlayıb. Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiyası, “Lelo – Güclü Gürcüstan”, “Federalistlər” və “Qaxariya Gürcüstan naminə” partiyalarının ölkə Konstitusiyasına zidd elan edilməsinin tələb olunduğu iddiaya növbəti həftə keçiriləcək iclaslarda baxılacaq.
