Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, regional əməkdaşlıq və digər beynəlxalq mövzularla bağlı fikir mübadiləsi aparıblar.