“ANS” televiziyasının əməkdaşı olmuş Sevinc Tahirova “MTV Azərbaycan” telekanalının da nəzdində fəaliyyət göstərdiyi “Fətiyev Group” şirkətinə İcraçı direktor təyin olunub.

Bunu S.Tahirova bildirib.

Qeyd edək ki, “Fətiyev Group” Azərbaycanda media və reklam sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir.

S.Tahirova həmçinin şirkətin “MTV Azərbaycan”la bağlı planlarını da açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda populyar musiqi və əyləncə kanallarından biri kimi tanınan kanal yeni mövsümdə efir siyasətində bir sıra yeniliklər etməyə hazırlaşır.

O qeyd edib ki, yeni mövsümdən etibarən kanalın efir setkasının daha da zənginləşdirilməsi, tamaşaçı marağına cavab verən yeni layihə və proqramların təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, mövcud proqramların formatlarının yenilənməsi və efirdə daha dinamik, müasir məzmunların artırılması planlaşdırılır.

***

09:30

“MTV Azərbaycan”a yeni İcraçı direktor təyin olunub.

Bu vəzifəyə Sevinc Tahirova təyin edilib.

Sevinc Tahirova sentyabr ayında “MTV Azərbaycan” telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

O, bu vəzifəsinə qədər “VMF Company” şirkətində Marketinq və PR Departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S. Tahirova, 2015–2016-cı illərdə ANS TV-də jurnalist, 2007–2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində çalışıb.