“Həyat mütləq ABŞ-ni çoxqütblülük baxımından düşünməyə məcbur edəcək”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Vaşinqtonla Moskva arasında ikitərəfli görüşlərin nə zaman keçiriləcəyi ilə bağlı sualı cavablandıran XİN başçısı bildirib ki, Rusiya-ABŞ təmasları tezliklə baş tutacaq:

“Tarixlər hazırda razılaşdırılır. Biz görüş barədə ABŞ dövlət katibi Marko Rubio razılığa gəlmişik. İndi isə mütəxəssislər konkret tarix və yer barədə razılığa gəlməlidirlər”.