Lakin deyəsən bu dəfə vəziyyət fərqlidir. Hadisədə günahlandırılan gənc Ələmdar Kazımov (ad şərtidir) Ölkə.az-la əlaqə saxlayaraq olayın necə baş verdiyini danışıb.
Onun sözlərinə görə, hadisəni qəsdən törətməyib və yıxılması səhhətindəki ciddi nevroloji problemlə əlaqədardır.
“Hadisə ötən həftə, axşam saat 9 radələrində Yasamal qəbiristanlığına gedən yolda, köhnə “Kaktus” restoranının yaxınlığında baş verib. Mən yolu keçərək “Araz” market istiqamətinə gedirdim. Həmin vaxt avtomobil “Araz” marketin sağ tərəfindən çıxaraq sola dönürdü. Sürücü məni görmədiyi üçün arxaya verdi. Bu, videoda da görünür.
Daha sonra mənim ayağım tutuldu. Çünki nevroloji xəstəliyim var. Sinirlə bağlı problemim olduğu üçün yıxıldım. Yerə yıxıldıqdan sonra məni qaldırmağa gələn hər kəsə bildirdim ki, sürücünün də, digər şəxslərin də heç bir günahı yoxdur. Bu, mənim səhhətimlə bağlı vəziyyətdən qaynaqlanıb.
Orada video çəkən motosiklet sürücüsünə də, avtomobil sürücüsünə də dedim ki, hadisənin onlarla heç bir əlaqəsi yoxdur. Şikayətim isə ondan ibarətdir ki, hadisə ilə bağlı video paylaşılaraq insanlar tərəfindən əsassız şərhlər yazılır, məni qınayırlar. Məni qınamazdan əvvəl hadisənin necə baş verdiyini araşdırsınlar”.
Ə.Kazımov xəstəliyi ilə bağlı tibbi sənədlərinin olduğunu deyib:
“Bu hadisə sırf nevroloji xəstəliyimlə əlaqədar baş verib. Sinirlə bağlı problemim var, ayaqlarımdan biri tam normal işləmir. Video sonradan mənim əleyhimə çevrilib.
Xəsarət alıb-almamağıma gəlincə, ciddi xəsarət almamışam. Sağ olsunlar, ətrafdakı insanlar mənə kömək etdilər. Bu, ümumiyyətlə həyatımda ilk belə hadisə deyil. Xəstəliyimlə bağlı buna bənzər hallar əvvəllər də olub. Yaxınlarım, dost-tanışım da bunu bilir. Mənim vəziyyətimdə olan bir insanı qınamaq düzgün deyil. Xəstəliyim çox nadir rast gəlinən xəstəlikdir”.
Məlumata görə, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
