Xorvatiya millisinin kapitanı Luka Modriç şəxsi rekordunu yeniləyib.

Təcrübəli futbolçu buna Çexiya yığmasına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının oyununda fərqlənməklə nail olub.

O, 41 yaş 17-ci günündə bunu bacarıb.

Bu həm də Modriçin komandada 30-cu qolu olub.

Xatırladaq ki, əvvəlki rekord da Modriçə məxsus idi. O, iyunun 7-də Sloveniya ilə qarşılaşmada fərqlənmişdi.