Gürcüstan və Azərbaycan hökumətləri arasında bütün məsələlər dostluq şəraitində müzakirə olunur.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı ilə bağlı sualını cavablandırarkən bildirib.
Baş nazir iki ölkə arasında heç bir gərginliyin olmadığını vurğulayıb:
“Bizim Azərbaycan hökuməti ilə heç bir gərginliyimiz yoxdur, dostluq münasibətlərimiz var. Bu dostluqdan irəli gələrək bütün məsələləri çox rahatlıqla müzakirə edə bilərik. Gürcüstan və Azərbaycan hökumətləri arasında bütün mövzular məhz bu cür dostluq rejimində nəzərdən keçirilir”.
