Trampdan Husi açıqlaması: Bizimlə döyüşmək istəmirlər
“Müharibə bitəndə neftin qiyməti sürətlə aşağı düşəcək.”
Bunu ABŞ Prezidenti Donald Tramp İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşdə qlobal bazarlar və Yaxın Şərq üçün böyük maraq doğuran mesajlar çatdırıb.
İranla davam edən münaqişənin uzun sürməyəcəyini iddia edən Tramp deyib ki, tez bir zamanda müharibənin bitməsi ilə dünya bazarına hər şey öz əvvəlki məcrasına dönəcək.
Son günlərdə Yəməndəki Husilərin Səudiyyə Ərəbistanına hücumlara da toxunan ABŞ prezidenti deyib ki, Husilər bizimlə döyüşmək istəmirlər: “Məhəmməd bin Salman mənim çox yaxşı dostumdur. Görəcəksiniz, hər şey yaxşı olacaq.
Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir. İranın dəstəklədiyi husilər də bizimlə döyüşmək istəmirlər”.
