ABŞ gözünü Braziliya minerallarına dikib – Senat vacib qanun layihəsini təsdiqlədi

1788465548_vjdjxabw76xqfblm

Braziliya Senatı nadir torpaq elementləri də daxil olmaqla, vacib və strateji mineralların hasilatını tənzimləyən qanun layihəsini qəbul edib
Bu barədə “Associated Press” agentliyinə istinadla xəbər verir.

Qanun yataqların istismarının genişləndirilməsi və ölkə daxilində xammalın emalının təşviqi üçün hüquqi baza yaradır.

Qanun layihəsi mayın 6-da Deputatlar Palatası tərəfindən təsdiqlənib. Sənəd hazırda ölkənin yalnız xammal ixracı ilə kifayətlənməyib, milli sənayenin inkişaf etdirilməsinin vacibliyini dəfələrlə bəyan edən Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın təsdiqini gözləyir.

Braziliya smartfonlar, elektrik avtomobilləri, günəş panelləri və təyyarə mühərriklərinin istehsalında geniş istifadə olunan nadir torpaq elementlərinin ehtiyatına görə dünyada Çindən sonra ikinci yerdədir. Bir çox ölkə Çindən asılılığı azaltmağa çalışdığı üçün Braziliya potensial alternativ təchizatçı kimi görülür.

Çinin keçən il nadir torpaq elementlərinin ixracına məhdudiyyət qoymasından sonra Braziliya yataqlarına maraq kəskin artıb. Aprel ayında ABŞ-nin “USA Rare Earth” şirkəti Braziliyanın yeganə kommersiya nadir torpaq istehsalçısı olan “Serra Verde”ni təxminən 2,8 milyard dollara almağa razılaşıb. “Serra Verde” şirkəti Qoyas ştatında mədən və emal müəssisəsinə sahibdir.