Maqnezium çatışmazlığı və qanda şəkəri aşağı olan qadınlar qısa müddətli aclığa belə dözməkdə çətinlik çəkirlər. Onlarda daha tez zəiflik və qıcıqlanma, əsəbilik yaranır.

Bunu məşhur endokrinoloq Natalya Tananakina bildirib. O qeyd edib ki, bədənləri enerji mənbəyi kimi qlükozanı yağa effektiv şəkildə keçirə bilən insanlar qidasız daha çox qala bilirlər.

Mütəxəssisin sözlərinə görə, aclığa dözümlülük yalnız iştaha deyil, həm də metabolik amillərə, genetikaya və həyat tərzinə bağlıdır.

“Əsas faktorlardan biri maqnezium çatışmazlığıdır. Bədəndə bu mineral çatışmırsa, orqanizm normal sinir sisteminin fəaliyyətini və enerji mübadiləsini qorumaqda çətinlik çəkir və bu səbəbdən aclıq zamanı narahatlıqlar daha da güclənə bilər”,- həkim qeyd edib.

Bu məsələdə cins də rol oynayır. Mütəxəssisin fikrincə, qadınlar hormonal balanslarına görə qlükoza səviyyələrindəki dəyişikliklərə daha həssas ola bilərlər. Estrogen proseslər enerji metabolizmasındakı dəyişikliklərə həssaslığa təsir göstərə bilər. Buna görə də aclığa dözümlülük həyatın müxtəlif mərhələlərində və menstrual dövr ərzində dəyişə bilir

Həkim onu da əlavə edib ki, müntəzəm şəkildə kifayət qədər protein və yağla zəngin olan yeməklərlə qidalanmaq toxluq hissini daha uzun müddət saxlamağa kömək edir. Fiziki hazırlıq isə bədənin yağdan bir növ yanacaq kimi istifadə etmək qabiliyyətini artırır. Amma yuxusuzluq aclıq hissini artıra bilər.