“Arsenal” Brunu Qimaraynşi transfer edib

1786190775_ekran-sekli-2026-08-08-160442

İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Brunu Qimaraynş karyerasını “Arsenal”da davam etdirəcək.

Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliya millisinin 28 yaşlı üzvü “topçular”la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Sözləşmədə müddətin artırılmasına aid bənd yer alıb. Futbolçu yeni komandasında 39 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bu keçid “Arsenal”a 87 milyon avroya başa gəlib.