Ukraynalı aktyor və rejissor Yevgeni Buşmakin Rusiya-Ukrayna müharibəsidə həlak olub.

Bu barədə “Obozrevatel” nəşri məlumat yayıb.

Bildirilib ki, Buşmakin cəbhəyə göndərildikdən sonra birbaşa hücum briqadasının tərkibində döyüşüb.

Qeyd edək ki, Buşmakin 28 may 1981-ci ildə Poltavada anadan olub. 2005-ci ildə Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Aktyor, rejissor və müəllim kimi çalışıb. “Çılğın toy”, “Zamanımın Qəhrəmanı” və digər filmlərdəki rolları ilə tanınıb.