17 iyun – Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Bu əlamətdar gün həyatını insanların sağlamlığına həsr edən, ən çətin anlarda ümid, inam və dayaq olan səhiyyə işçilərinə dərin minnətdarlığın ifadəsidir.
Həkimlik sadəcə peşə deyil, böyük məsuliyyət, yüksək mənəviyyat və insan sevgisi tələb edən müqəddəs bir missiyadır. İnsanlar ən ağrılı, ən çətin günlərində ilk olaraq həkimlərə üz tutur, onların bilik və bacarığına güvənirlər. Ağ xalatlı insanlar gecə-gündüz demədən, istirahət bilmədən insan sağlamlığının keşiyində dayanır, minlərlə ailəyə sevinc və ümid bəxş edirlər.
Tibb işçiləri cəmiyyətin sağlam gələcəyinin təminatçılarındandır. Onların zəhməti yalnız xəstələrin müalicəsi ilə məhdudlaşmır. Həkimlər insanların həyatını xilas edir, sağlamlığını qoruyur, gələcəyə olan ümidlərini yenidən qaytarırlar. Bu fədakar insanlar hər gün öz peşələrinə sədaqət nümayiş etdirərək insanlıq naminə böyük xidmət göstərirlər.
Mingəçevir Şəhər Xəstəxanası Publik Hüquqi Şəxsinin kollektivi də illərdir şəhər sakinlərinin sağlamlığının qorunması istiqamətində mühüm fəaliyyət göstərir. Müasir səhiyyə xidmətlərinin göstərilməsi, vətəndaşların tibbi yardımla təmin olunması və insanların sağlamlığının keşiyində dayanmaq bu kollektivin əsas fəaliyyət istiqamətlərindən biridir.
Bu əlamətdar gün münasibətilə Mingəçevir Şəhər Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Ülfət Qurbanovu, baş həkim Mətanət Əliyevanı, eləcə də xəstəxananın bütün həkimlərini, tibb bacılarını, feldşerlərini və digər səhiyyə işçilərini səmimi qəlbdən təbrik edirik.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. İnsanların sağlamlığı naminə göstərdiyiniz fədakarlıq, peşəkarlıq və humanist xidmət daim yüksək dəyərləndirilir.
Qoy şəfalı əlləriniz hər zaman insanlara sağlamlıq, sevinc və xoşbəxtlik bəxş etsin. Peşə bayramınız mübarək olsun, dəyərli tibb işçiləri!
Ağ xalatınıza hörmət, zəhmətinizə minnətdarlıq, peşənizə sonsuz ehtiram!
