Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi Şurasının iclasında İqtisadiyyat kafedrasının müdirinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Zeynalova Zivər Zeynal qızı İqtisadiyyat kafedrasının müdiri vəzifəsinə seçilib.
Yeni təyinat münasibətilə Zivər Zeynalovanı təbrik edir, ona elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
