Mingəçevirdə 40 yaşlı qadın sirkə turşusundan zəhərlənib.
Hadisə “Mingəçevir kəndi” kimi tanınan yaşayış massivindəki fərdi təsərrüfatda baş verib.
Əldə edilən ilkin məlumata görə, ehtiyatsızlıq nəticəsində sirkə turşusu içən 1986-cı il təvəllüdlü Xalidə Abdullayeva təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
