40 yaşlı qadın sirkə turşusundan zəhərləndi

1789829301_sirke

Mingəçevirdə 40 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

Hadisə “Mingəçevir kəndi” kimi tanınan yaşayış massivindəki fərdi təsərrüfatda baş verib.

Əldə edilən ilkin məlumata görə, ehtiyatsızlıq nəticəsində sirkə turşusu içən 1986-cı il təvəllüdlü Xalidə Abdullayeva təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.