Byadmin

Fev 19, 2026

“Qarabağ” Bakıda “Nyukasl”a böyük hesabla uduzdu – QOLLAR

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Ölkə.az xəbər verir ki, İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.

Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” (İngiltərə) matçında qonaqlar daha bir qol vurublar.

Ölkə.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda rəqib komanda üstünlüyünü bir qədər də möhkəmləndirib – 6:1.

72-ci dəqiqədə Ceykob Merfi fərqlənib.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”- “Nyukasl” (İngiltərə) matçında Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxıb.

Ölkə.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi azaldıblar – 1:5.

55-ci dəqiqədə Elvin Cəfərquliyev rəqib komandasının qapısını dəqiq nişan alıb.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”- “Nyukasl” (İngiltərə) matçında növbəti qol vurulub.

Ölkə.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar – 5:0.

45+1-ci dəqiqədə Entoni Qordon özünün dördüncü qolunu vurub.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”- “Nyukasl” (İngiltərə) matçında daha bir qol vurulub.

Ölkə.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar – 4:0.

34-cü dəqiqədə Entoni Qordon het-trik edib.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”- “Nyukasl” (İngiltərə) matçında üçüncü qol vurulub.

Ölkə.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar – 3:0. 32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dubl müəllifi olub.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”- “Nyukasl” (İngiltərə) matçında ikinci qol vurulub.

Ölkə.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar – 2:0.

9-cu dəqiqədə Malik Tşau diqqət mərkəzinə düşüb.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”- “Nyukasl” (İngiltərə) matçında hesab açılıb.

Ölkə.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabda irəli çıxıblar.

3-cü dəqiqədə Entoni Qordon fərqlənib.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”- “Nyukasl” (İngiltərə) matçı start götürüb.

Ölkə.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

***

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxır.

Ölkə.az xəbər verir ki, təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionunda “Nyukasl Yunayted” komandası ilə qarşılaşır.

Qeyd edək ki, qarşılaşmanı canlı olaraq izləyə bilərsiniz.