180 ildən sonra ilk dəfə olaraq Santa Maria adasında nəhəng tısbağalar peyda olub.

The Guardian qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, Qalapaqos tısbağası kimi də tanınan tısbağa 1840-cı illərdə kütləvi ovlanma səbəbindən nəsli kəsilmək üzrə olub. Balina ovçuları ov ekspedisiyaları üçün qida təmin etmək məqsədilə adadan minlərlə tısbağa ovlayıblar. Amma bu tısbağa növü tamamilə yoxa çıxmayıb, çünki bəziləri dənizçilər tərəfindən Qalapaqos arxipelaqının şimalında saxlanılıb.

Məqalədə vurğulanır ki, tısbağaların adaya qayıtması yerli milli park, xeyriyyə təşkilatları və 160 yerli sakinin iştirak etdiyi ekoloji bərpa layihəsi vasitəsilə həyata keçirilib. Tısbağaların bərpası proqramı 2017-ci ildə başlayıb. Proqram üçün adada əvvəllər yaşayanlarla ən yaxın qohum olan iyirmi üç tısbağa seçilib.

Məqaləyə görə, fil tısbağaları toxum səpir, adanın bitki örtüyünü formalaşdırır, mikro yaşayış mühitləri yaradır, mənzərələrə təsir göstərir və digər növlərin asılı olduğu ekoloji proseslərin bərpasına kömək edir.