Şurada şura üzvləri, təşkilat rəhbərləri, KİV-nin nümayəndələri iştirak edirdi. Şura iclasının gündəliyinə müzakirə üçün 2 məsələ çıxarılmışdı:


1.Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin ev təsərrüfatlarının uçotu informasiya sistemində və təsərrüfat kitablarında məlumatların dürüstləşdirilməsi işinin aparılması vəziyyəti.
2.Xüsusi təhlükəli xəstəliklər üzrə şəhərdə aparılan profilaktik tədbirlər haqqında “Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” PHŞ-nın direktoru vəzifəsini müvəqqəti icra edən Fuad Həmzəyevin hesabatı
Gündəlikdə olan məsələlər müzakirə edilərək hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edildi.

Esmira Hidayetova, Mingəçevir