xeberler
Xeberler » Zelenskidən Rusiya ilə bağlı qadağa

Zelenskidən Rusiya ilə bağlı qadağa

Zelenskidən Rusiya ilə bağlı qadağa

Ukrayna prezidenti Volodimir Zelenski “dekolonizasiya haqqında” qanunu imzalayıb.

Xeberler.info xəbər verir ki, bu barədə Ali Radanın rəsmi saytında məlumat paylaşılıb.

Qanun Ukraynada coğrafi obyektlərin Rusiyaya, onun görməli yerlərinə və ya tarixi hadisələrə aid adların verilməsini qadağan edir.

Ukrayna parlamenti bu qanunu martın 21-də qəbul edib.

Qeyd edək ki, 2015-ci ildən ukraynada Rusiya ilə əlaqəli abidələrin və coğrafi obyektlərin adları dəyişdirilir. 8 il ərzində Ukraynada 900-dən çox yaşayış məntəqəsi və 50 minə yaxın küçənin adı dəyişdirilib.

Xeberler.info

Xeberler

Şərh yaz

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed