Ukrayna Rusiyanın ümumiyyətlə BMT Təhlükəsizlik Şurasına üzvlüyündən çıxarılmasını təklif edir.
Bu barədə Xeberler.info Bu barədə Ukrayna mediasına istinadən xəbər verir.
Rəsmi Kiyev hesab edir ki, Rusiyanın üzv olmaq üçün son 30 ildə faktiki olaraq legitim əsası olmayıb.
Ssrİ dağıldıqdan sonra Rusiyanın üzvlüyü BMT Baş Assambleyası tərəfindən təsdiqlənmədi.
Məsələn, Çexoslovakiyanın parçalanmasından sonra Çexiya və Slovakiya yenidən və ayrı-ayrılıqda BMT-yə üzvlük üçün müraciət etdi.
Böyük Britaniya bu ay BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi toplantısının internetdə yayımını əngəlləmişdi.
Aprelin 5-də Rusiya tərəfindən çağırılan bu iclasda Ukrayna məsələsi və Rusiya Uşaq Hüquqları Ombudsmanı müzakirə olunmalıdır- Mariya Lvova-Belova virtual çıxış etməli idi.
Haaqa məhkəməsi Lvova-Belovanı Ukraynadan uşaqları zorla Rusiyaya daşımaqda ittiham edir və eyni zamanda prezident Vladimir Putin barəsində həbs qətimkan tədbiri seçilib.
Bu arada onu da qeyd edək ki, Rusiyanın Xİn rəhbəri Serget Lavrov BMT-nin iclasında iştirak edə bilməz. ABŞ Lavrova BMT-yə gəlmək üçün viza verməkdən imtina edib.
Fəlakət
Xeberler.info
Şərh yaz