PKK/YPG terror təşkilatının yaraqlıları Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında dislokasiya zonasına hücum edib.
Xeberler.info Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat verib.
“PKK/YPG terror təşkilatının Ramazan ayı olmasına baxmayaraq, Suriyanın şimalında yerləşən “Zeytun budağı” və “Fərat qalxanı” minaatan və reaktiv yaylım atəş sistemi ilə baza ərazilərimizə eyni vaxtda hücum edib. Hücum zamanı yaralanan 4 əsgər Kilis Dövlət Xəstəxanasına çatdırılıb”.
Məlumata görə, cavab atəşi ilə müəyyən hədəflər dərhal məhv edilib.
Şərh yaz