xeberler
Xeberler » Türkiyənin böyük uğuru: -“Altay” tankı orduya təhvil verildi” -Video

Türkiyənin böyük uğuru: -“Altay” tankı orduya təhvil verildi” -Video

Türkiyənin böyük uğuru: -"Altay" tankı orduya təhvil verildi" -Video

Türkiyənin ilk “Altay” tankı sınaq üçün orduya təhvil verilib.

Xeberler.info Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun sınaqdan keçməsindən sonra Altay tanklarının kütləvi istehsalına başlanacağını bildirib.

Ərdoğan Türkiyənin son hədəfini də açıqlayıb. Onun sözlərinə görə, hədəf müstəqil müdafiə sənayesi yaratmaqdır.

Biz öz nailiyyətlərimizi müasir döyüş tankı olan Altayla tacladıq. Yeni Altay tankımız 10 il əvvəl ortaya çıxan prototipdən çox fərqli və üstün imkanlara malikdir. Digər müdafiə layihələrimiz kimi Altay tankının hazırlanmasında çətinliklərlə üzləşdik. Onlar bizim layihəmizə mane olmağa çalışırdılar.

Hər hansı bir strateji məhsulda olduğu kimi, “çirk”ə atılırdı. Onlar gizli və açıq embarqolarla prosesi sabotaj etməyə çalışırdılar. Bütün hücumlara məruz qalsaq da, təslim olmadıq, bir addım da geri çəkilmədik.

Bu şəkildə ortaya çıxan tankımızı silahlı qüvvələrimizə çatdırırıq. Ordumuz sınaqlarını başa vurduqdan dərhal sonra tanklarımızın kütləvi istehsalına başlayacağıq”.

Şəbnəm Tovuzlu

Xeberler.info

Xeberler

Şərh yaz

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed