xeberler
Xeberler » Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün böyük imkan var – Paşinyan

Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün böyük imkan var – Paşinyan

Send link by Whatsapp

Bakı/18.04.23/Turan: Çərşənbə axşamı Ermənistan parlamentində çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün böyük imkan var.

“Ölkələrimiz arasında normal münasibətlərin qurulması üçün böyük imkan var. İlin əvvəlində Türkiyədə baş verən fəlakətli zəlzələyə cavab vermək qərarına gələndə isə bu imkan daha da artdı”.

Xarici işlər naziri Mirzoyanın Ankaraya səfəri zamanı bu nikbinlik daha da artıb. “Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədi həqiqətən də açılacaq və normal yaxşı qonşu münasibətlərin inkişafı üçün zəmin yaradacaq”, – Paşinyan deyib. —02D—

xeberler

Şərh yaz

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed