Bolqarıstan hökuməti çoxsaylı Şengen vizası olan turistlərin ölkəyə səfər qaydalarına dəyişiklik edib.
Xeberler.info Bolqarıstan Nazirlər Şurasının qəbul etdiyi qərara görə, hazırda çoxlu sayda vizası olan şəxslər Avropanın çimərlik ölkəsinə daxil olmamışdan əvvəl ən azı bir dəfə Şengen zonasına daxil olan dövlətlərdən birinə getməlidirlər. Bu barədə Bolqarıstan Nazirlər Şurası xəbər verir.
Viza verən ölkəyə səfər etdikdən sonra Bolqarıstana daxil edilə bilən Rumıniya və Kipr vizalarına da oxşar qaydalar tətbiq olunmağa başlayıb.
Məlumata görə, Bolqarıstan Şengen zonasına daxil olmasa da, Şengen, Kipr və ya Rumıniya vizası ilə ölkəyə girişə icazə verir.
Xeberler.info
Şərh yaz