Əfqanıstanda siyasi hakimiyyətə gələn Taliban hərəkatı Səudiyyə Ərəbistanına müraciət edərək Ər-Riyadı diplomatlarını Kabilə qaytarmağa çağırıb.
“Taliban”ın səlahiyyətli üzvlərindən olan Zəbihullah Mücahid Səudiyyə Ərəbistanını əmin edib ki, diplomatların təhlükəsizliyi tam təmin olunacaq.
“Heç bir şübhə yoxdur ki, Əfqanıstan İslam Əmirliyi (Talibanın istifadə etdiyi dövlət adı) O, Kabildəki diplomatik missiyaların təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərir. Diplomatlar indiyədək təhlükəsizliklə təmin edilib. Biz istəyirik ki, ölkəmizdə heç kim qorxmaya”.
Xeberler.info
Şərh yaz