Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda hərbi sursatın tapılması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) çevik qrupu hadisə yerinə cəlb olunub.
Ərazidə həyata keçirilən müvafiq təhlükəsizlik tədbirlərindən sonra hüquq-mühafizə orqanı və onun əməkdaşları tərəfindən bir ədəd F-1 və bir ədəd M-26 əl qumbarası aşkar edilərək götürülüb.
XRXX ətraf mühit qrupunun mütəxəssisləri tərəfindən hasarlanacaq səthlər ərazidən çıxarılıb.
Hadisə yerinə və yaxın ətrafa əlavə axtarış zamanı başqa təhlükəli və şübhəli əşya aşkar edilməyib.
Şərh yaz