xeberler
saytlarin yigilmasi, saytların yığılması, sayt hazırlanması, sayt
Xeberler » Rasim Məmmədovun xanımı “Baku Steel Company”ni məhkəməyə verdi

Rasim Məmmədovun xanımı “Baku Steel Company”ni məhkəməyə verdi

Rasim Məmmədovun xanımı “Baku Steel Company”ni məhkəməyə verdi
saytlarin yigilmasi, saytların yığılması, sayt hazırlanması, sayt

Azərbaycanın ən bahalı özəl məktəblərindən sayılan Baku Oxford School ( Baku Oxford School) Baku Steel Company şirkətini məhkəməyə verib.

Xeberler.infoMəktəbdən verilən məlumata görə, “Baku Steel Company” mmc əvvəllər “Baku Oxford School”a məxsus olan və məktəblilərin daşınması üçün nəzərdə tutulan avtomobilləri ələ keçirib. Avtomobillərin dəyərinin xeyli olduğu bildirilir.

Məktəb rəhbərliyi maşınların geri qaytarılması üçün Bakı Ticarət Məhkəməsinə müraciət edib. İş hakim Nərmin Əhmədovanın icraatına verilib.

Qeyd edək ki, Bakı Oksford Məktəbi həbsdə olan iş adamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsusdur. R.Məmmədov özü uzun illərdir ki, “Baku Steel Company”nin rəhbəridir. Rasim Məmmədov həbs olunandan sonra Bakı Oksford Məktəbi də həbs edilib. Məktəbin dəyəri 24 milyon manatdır.

Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən biri hesab olunur. Burada təhsil ingilis dilindədir və əsasən varlıların uşaqları üçün məktəb kimi tanınır.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nın keçirdiyi əməliyyat zamanı həbs edilib. 185 milyon manat yeyintidə təqsirləndirilən R.Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xeberler.info

Xeberler

saytlarin yigilmasi, saytların yığılması, sayt hazırlanması, sayt

Şərh yaz

saytlarin yigilmasi, saytların yığılması, sayt hazırlanması, sayt

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed