Bakı/18.04.23/Turan: Qazaxıstan prezidenti Kasımzhomart Tokayev Alim Bayel-i Azərbaycana yeni səfir təyin edib. Bununla bağlı sərəncam prezident tərəfindən aprelin 18-də imzalanıb.
Dövlət başçısının digər fərmanı ilə Yerzhan Abdikarimov diplomatik missiyanın fəaliyyətinin başa çatması ilə əlaqədar Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib. 30 sentyabr 2019-cu ildən bu vəzifədə çalışır.
Xatırladaq ki, Alim Bayel 1984-cü ildə anadan olub. Türkiyənin Orta Doğu Texniki Universitetindən və ABŞ-da Corc Vaşinqton Universitetindən magistr təhsili alır.
2020-ci il martın 1-dən İstanbulda Qazaxıstan Baş konsulu vəzifəsində çalışır. -03-
Şərh yaz