2023-cü il fevralın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 20259,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ümumi kredit portfelinin 16656,3 milyon manatı və ya 82,2 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,1 faizi banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği illik müqayisədə 17,4% azalaraq 583,8 milyon manat təşkil edib. Bu da ümumi kredit portfelinin 2,9 faizini təşkil edib.
Xeberler.info
Şərh yaz