xeberler
saytlarin yigilmasi, saytların yığılması, sayt hazırlanması, sayt
Xeberler » Prezident: “Qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə qaldırılsın”

Prezident: “Qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə qaldırılsın”

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”
saytlarin yigilmasi, saytların yığılması, sayt hazırlanması, sayt

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

“Report” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıqdan sonra çıxış edərkən deyib.

Bu illər ərzində Azərbaycanın gücləndiyini və dünya miqyasında özünə layiq yerini tuta bildiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır”.

Mənbə:Report

Mənbə: Siyasət xəbərləri


Prezident: “Qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə qaldırılsın”

saytlarin yigilmasi, saytların yığılması, sayt hazırlanması, sayt

Şərh yaz

saytlarin yigilmasi, saytların yığılması, sayt hazırlanması, sayt

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed