Rüşvət ittihamı ilə həbs edilən “Yeni Klinika”nın direktoru Pərviz Abbasov yüngülləşdirilib.
Xeberler.info xəbər verir ki, bu gün Ali Məhkəmədə keçirilən iclasda verilən qərara əsasən, onun həbs müddəti 3 ilə endirilib.
Xatırladaq ki, P.Abbasov “COVID-19” pandemiyası zamanı “Yeni Klinika”da xəstələrin yerləşdirilməsi müqabilində yaxınlarından pul almaqda ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasova 8 il 6 ay həbs cəzası verilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya endirib. Tanınmış cərrahın 2021-ci ilin aprelində həbs olunduğunu nəzərə alsaq, onun cəzası 1 il sonra gələcək.
Xeberler.info
Şərh yaz