Hüseynli Arif: ”Gələcəkdə yaxşı neyroloq olmaq fikirindəyəm”

0
IMG-20250619-WA0003

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə iyunun 1-də keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Hüseynli Arif 4-cü qrup üzrə respublikada üzrə ən yüksək nəticəni 400 bal toplayıb. 11 saylı Məktəbin şagirdi Hüseynli Arif respublika üzrə buraxılış imtahanlarında ən yüksək nəticə göstərərək ailəsinə müəllimlərinə böyük sevinc yaşatdı. Onun bu uğurlarına bizdə sevindik və Arifin sevincini paylaşmağı özümüzə borc bildirk.Arif ailənin böyük övladıdır. Atası Pərviz müəllim oğlunun bu uğurlarına sevindiklərini və bu nəticə bütün müəllim kollektivinin təhsilə olan inamının qələbəsidir deyir.
Mingəçevir 11 saylı məktəbin direktoru Yasin Cavadov bir direktor olaraq belə bir uğurun şahidi olmaq onun üçün böyük qürur olduğunu bildirib. Qeyd edib ki,Arif çox çalışqan,tərbiyəli bir övladdır. Ondan bu nəticəni gözlədiklərini də bildirib. Bu hələ Arif üçün başlanğıcdır… daha böyük uğurlar qarşıdadır,Arifə gələcək ali təhsildə də uğurlar arzulayırıq.
Arif bizimlə söhbətində bildirdi ki,400 bal toplamaq o qədər də asan olmayıb bunun üçün yuxusuz gecələr keçirib,müəllimləri,məktəbin direktoru Yasin müəllim ona yüksək nəticə göstərəcəyinə inandıqlarını bildiriblər. Hətta imtahandan bir gün öncə yata bilmədiyini və heç 400 bal gözləmədiyini deyir.Amma imtahana girəndə çox sakit olduğunu bildirdi.
Arif gələcək planlarından da danışıb. Deyir gələcəkdə həkim olmaq istəyir:”Gələcək planımda yaxşı həkim olmaq var.Həkimlikdə müəyyən qədər boşluqlar var,elm hələ tamamlanmayıb mən burada müəyyən naliyyətlər və kəşflər etmək istəyirəm. Ağlımda hələki neyroloq olmaq durur təbii ki,fikrimi dəyişə bilərəm.Neyroloq insan beyni ilə bağlıdır. Çünki insan beyni hələ də kəşf olunmamış bir sahədir mən də bu üzrə addımlamaq istəyirəm”.
Arifin məktəb illərində müxtəlif fənn olimpiadalarında,idam sahəsində uğurlu nəticələri olub diplom və sertifikatlarla qiymətləndirilib.
Esmira Hidayətova,Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir