Bir qrup dövlət qulluqçusu təltif edilib – Sərəncam
Prezident İlham Əliyev dövlət qulluğunda fərqlənən şəxslərin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərmiş bir sıra şəxslər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.
Təltif olunanlar sırasında Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi üzrə müdir müavini Elşən Tofiq oğlu Əliyev də yer alır. O, dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə və vəzifə borcuna məsuliyyətlə yanaşdığına görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılıb.
Qeyd edək ki, bu mükafat dövlət idarəçiliyində yüksək peşəkarlıq nümayiş etdirən və vətəndaşlara xidmət sahəsində fərqlənən şəxslərə verilir.
Esmira Hidayətova, Mingəçevir