“Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsi çərçivəsində növbəti tədbir Mingəçevir Tibb kollecində keçirildi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaradıcı Sənayelər Narkomaniyaya Qarşı” layihəsinin növbəti maarifləndirici tədbiri Mingəçevir Tibb kollecində baş tutub. Üçaylıq müddətdə reallaşdırılan layihənin rəhbəri Büllur Məmmədovadır.

Layihənin əsas məqsədi gənclər arasında narkotik vasitələrin istifadəsinin qarşısını almaq, onları bu təhlükəli vərdişdən qorumaq və sağlam sosial mühitin formalaşdırılmasına töhfə verməkdir.

Tədbir zamanı iştirakçılara narkotiklərin insan sağlamlığına və cəmiyyətə vurduğu fiziki, psixoloji və sosial zərərlər haqqında ətraflı məlumat verilib. Gənclərin düzgün həyat tərzi seçməsinin əhəmiyyəti, sağlam yaşam vərdişlərinin önəmi və zərərli təsirlərdən qorunma yolları müzakirə edilib.

Tədbirdə yaradıcı sənayelərin gənclərin şəxsi və sosial inkişafındakı roluna xüsusi diqqət ayrılıb. Vurğulanıb ki, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların bacarıqlarının inkişaf etdirilməsi və mədəni fəaliyyətlərə cəlb olunması narkotiklərə meyilliliyin azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Bu çərçivədə musiqi, kino, dizayn, teatr, rəqəmsal incəsənət, ədəbiyyat və digər yaradıcı sahələrin gənclər üçün ifadə azadlığı, şəxsi inkişaf və peşəkar fəaliyyət imkanları yaratdığı qeyd olunub.

İştirakçılara yaradıcı sənaye sahəsində mövcud imkanlar, fərdi hobbilərin peşəyə çevrilməsi yolları, həmçinin bu sahənin iqtisadi və sosial potensialı barədə geniş məlumat verilib. Bildirilib ki, yaradıcı sahələr gənclərin yalnız istedadını inkişaf etdirməklə kifayətlənmir, eyni zamanda onların məşğulluğunu təmin edir və cəmiyyətə daha fəal, məhsuldar və sosial cəhətdən faydalı fərdlər kimi inteqrasiyasına dəstək olur.

Tədbirdə Fikrət Zeynalov -Mingəçevir Tibb Kolleci, direktoru,

Büllur Məmmədova- GAN sədr,
Vasif Quliyev – Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi,
Ömər İsmayılov- Daxili İşlər Nazirliyinin BNMİ-nin Qərb bölgəsinin nümayəndəsi tədqiqatçı, kapitan,
Fərid Mustafayev- GAN idarə heyyətinin üzvü,
Nərmin Kələşova- GAN idarə heyyətinin üzvü,
Nargilə Kərimova – GAN Mingəçevir filialının sədri çıxış ediblər.
Esmira Hidayətova,Mingəçevir.