Xankəndidə Meşə Yanğınlarına Qarşı Birgə Maarifləndirmə Tədbiri Keçirilib

0
IMG-20250502-WA0079

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə meşə, əkin və otlaq sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, həmçinin qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Xankəndidə yanğından mühafizə mövzusunda tədbir keçirilib.

Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının səlahiyyətli şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, sahibkarlar və fermerlərin iştirak etdiyi tədbirdə meşə və yaşıllıq ərazilərində baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin effektivliyinin artırılması və bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, maarifləndirmə tədbiri çərçivəsində iştirakçılara meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin olunması, eləcə də açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos və məişət tullantılarının vaxtında təmizlənməsi ilə bağlı müvafiq qaydalar izah edilib. Eyni zamanda yerli idarəetmə orqanları tərəfindən bu sahədə əhali arasında mütəmadi maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Esmira Hidayətova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir