Xalqla birlikdə güclü Azərbaycan” – Mingəçevir sakinlərindən dövlət başçısına təşəkkür
Möhtərəm cənab Prezident İlham Əliyev!
Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirmək istəyirik ki, ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayan, xalqına vicdanla və sədaqətlə xidmət edən bir şəxsi – İlham İsmayılovu Mingəçevir şəhərinə icra başçısı təyin etmisiniz.
İlham İsmayılovun Mingəçevir şəhərində fəaliyyət göstərdiyi müddət ərzində gördüyü işlər, xüsusilə də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğı, bizə bir daha sübut edir ki, o, Ulu Öndər Heydər Əliyevin və Sizin siyasi kursunuzu layiqincə davam etdirir və xalqın rifahı naminə fədakarlıqla çalışır. Onun fəaliyyəti vətəndaşların sosial problemlərinin həllinə, şəhərin abadlaşdırılmasına və inkişafına yönəlmişdir. Şəhər əhalisinin rəğbətini qazanan bu xidmətlər bir daha göstərir ki, dövlətimizə və dövlət başçısına sadiq kadrlar xalqla birlikdə güclü Azərbaycan quruculuğunda mühüm rol oynayır.
İlham İsmayılovun fəaliyyətində daim humanist dəyərlərə və sosial ədalətə üstünlük verilir, o, şəhid ailələrinin və qazilərin hər zaman yanında olur, onların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşır. Bu isə bizim üçün olduqca böyük mənəvi dəyər daşıyır.
Cənab Prezident, xalqın rifahı naminə atdığınız hər bir addım və bu yolda seçdiyiniz dəyərli kadrlar üçün Sizə minnətdarıq. İlham İsmayılov kimi vicdanlı, işgüzar və dövlətə sadiq bir şəxsin Mingəçevir şəhərinə rəhbər təyin olunması bizim üçün böyük bir şansdır.
Sizə möhkəm can sağlığı, Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi yolunda uğurlar arzu edirik.